Oşo fəlsəfəsi. Risk etmək haqqında | Çevirən: Günel Eyvazlı

OshoHəyat böyük cəsarət tələb edir. Qorxaqlar yaşamırlar. Çünki, onların yaşamı bütünlükdə qorxuya həsr edilib. Bu insanların daxilindəki qorxu, ölümdən dəhşətlidir. Onların həyatı paranoya kimidir. Hər şeydən qorxurlar. Real və qeyri-real olanlardan. Ruhdan, Allahdan, Cəhənnəmdən. Qorxu hissi onların bütün vücudlarını bürüyür.

Həyatı cəsarətli insanlar yaşayır. Sözün həqiqi mənasında yaşayırlar. Yaşam boyu, hamımız ilk öncə cəsarətli olmağı öyrənməliyik. Bütün qorxulara ramən, yaşamağı bacarmaq lazımdır, yaşamağa başlamaq lazımdır.

Sual verə bilərsiniz . Cəsarət niyə lazımdır ?

Niyə həyatı cəsarəti öyrənməklə yaşamaq lazımdır ?

Cavab verirəm : “Həyat çox etbarsızdır” . Əgər bütün həyatınız boyu qorunsanız, bütün çətinlik və problemlərdən qaçsanız, küncə qısılacaqsınız. Sizin həyatınız küncdən ibarət olacaq. Təəccüblənməyin. Bu sizin istədiyiniz həyatdır. Bu sizin seçiminizdir. Ola bilər seçdiyiniz məkan təhlükəsiz olsun. Ola bilər. Amma, bu məkanda çox yaşaya bilməyəcəksiniz.

Həyat, səyahət, axtarış, hərəkət qarşıya qoyulmuş məqsədə doğru addımlardan ibarətdir. Həyatda heç nə , heç nə, həyat qədər dəyərli deyil. Bu yaşamı xırda problemlərin üzərində baş sındırmağa sərf etməyin. Pul, təhlükəsizlik, problemsiz həyat axtarışı və. s.

Eyvazlı-Günel-ŞəkilHəyatı TOTAL yaşamağı bacarın. Bu zaman xoşbəxtlik Sizi tapacaq. Həqiqi həyatı yaşamaq istəyənlər, risk etməyi bacarmalıdırlar. İnsan qeyri-müəyyənliyə doğru hərəkət etməlidir. Həyat səyahətdir. Bəzi məqamlarda yorulursan, bəzi məqamlarda dincəlirsən. Bu hərəkət sonsuzdur. Həyat kimi.

Ölüm – əvvəl və sondur.

Amma, Siz ölüm deyilsiniz. Həyatsınız.

Ölüm yalandır, uydurmadır. İnsanlar ölümü, etibarlı sonluq kimi uydurublar.

Həyatın qidası riskdir. Nə qədər risk edirsinizsə, o qədər sağsınız, yaşayırsınız.

Yaratdığınız evlər qəbirə bənzəyir. Siz özünüzü təhlükəsiz hiss etmək üçün düyünlənmisiniz. Sizin təhlükəsiz həyat anlayışınız bihudədir. Çünki, həyat təhlükədir. Həyat, etibarsızlıqdı. Bununla heç nə etmək olmaz. Heç bir şey , həyatı təhlükəsiz edə bilməz.

Məsələn – Sizi bu gün sevən qadın (kişi) sabah Sizi sevəcəkmi ? Kim sabahkı gündən xəbərdardır.

Bu gün Siz nigahınızı qeydə aldınız. Həyatınızın , ailənizin möhkəm olmağına ümid edirsiniz.

Bəs sabah ? Kim sabah xoşbəxt olacağına əmindir ? Siz əminsinizmi bu gün yaşağıdığınız məhəbbət, sabah da eyni xətt üzrə inkişaf edəcək ?

Budur həyat. Müəmma. Qeyri-müəyyənlik. Yadınızda saxlayın. Həyat vəhşidir, yırtıcıdır. Məhəbbət kimi. Risk edin. Çəkinməyin.

Nəşr olunan yazı və xəbərin bütün haqları Anlam.Biz`ə aiddir. Özəl icazə alınmadan yazı və xəbər heç bir şəkildə istifadə edilə bilməz. Ancaq yazı və xəbərin bir bölümü aktiv link verilərək götürülə bilər.

About the Author:

Related posts:

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

شما می‌توانید از این دستورات HTML استفاده کنید: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Powered by WP Robot